Menyu

Rusiya və İran hərtərəfli tərəfdaşlıq sazişinin hazırlanmasını başa çatdırıb

Nərmin Qocamanlı
Rusiya və İran hərtərəfli tərəfdaşlıq sazişinin hazırlanmasını başa çatdırıb

Rusiya və İran hərtərəfli strateji tərəfdaşlıq sazişinin hazırlığını başa çatdırıblar, yaxın zamanda sənədin imzalanması baş tutacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Rusiya-İran münasibətlərinin statusunu hərtərəfli strateji tərəfdaşlığa yüksəltmək üçün nəzərdə tutulmuş belə möhkəm sənəd üzərində redaksiya işi təxminən iki il yarım davam etdi və bu gün onu başa çatmış hesab etmək olar”, - Rudenko qeyd edib.

Bundan əvvəl İRNA xəbər verib ki, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə telefon danışığında Tehranın oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində Moskva ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazır olduğunu bildirib.

Teqlər:

"Rusiya v\u0259 \u0130ran h\u0259rt\u0259r\u0259fli t\u0259r\u0259fda\u015fl\u0131q sazi\u015finin haz\u0131rlanmas\u0131n\u0131 ba\u015fa \u00e7atd\u0131r\u0131b"

Əlaqəli Xəbərlər