Artıq azı 229 konqresmen, o cümlədən 43 senator və 23 ştatın qubernatoru ABŞ-nin vitse-prezidenti Kamala Harrisin ölkə prezidentliyinə namizədliyini dəstəkləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
"Nümayəndələr Palatasında demokratları təmsil edən 186 üzv, 43 senator və 23 qubernator ABŞ-nin vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib”, - məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.