İsrailin hava hücumundan müdafiə sistemi Livandan yəhudi dövlətinə atılan 15 raketdən bəzilərini bir saat ərzində zərərsizləşdirib.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, zərərsizləşdirilə bilməyən raketlər İsrailin şimalında Kiryat Şmona bölgəsindəki yaşayış olmayan əraziyə düşüb.
Qeyd olunub ki, cavab tədbirləri olaraq İsrail tərəfi raketlərin buraxıldığı yerləri artilleriyadan atəşə tutub və ölkənin hava qüvvələri Livan ərazisində Kfar Hamam bölgəsində Hizbullahın raket buraxılış qurğusuna hücum edib.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Aita əl-Şab bölgəsindəki terror hədəflərinə və Xiam bölgəsindəki müşahidə mövqeyinə hücum edib.