Menyu

Türkiyədəki fransız məktəblərinin fəaliyyəti dayandırıla bilər

Əsəd Abbaslı
Türkiyədəki fransız məktəblərinin fəaliyyəti dayandırıla bilər

Türkiyə dövləti ölkə qanunvericiliyinin tələblərinə məhəl qoymayan 12 fransız məktəbinin fəaliyyətini tanımır.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin milli təhsil naziri Yusif Təkin deyib.

O bildirib ki, Türkiyə Təhsil Nazirliyinə hesabat vermədiyi üçün həmin məktəblərdə təhsil alanların sayını bilmir: “Bu məktəblər ölkənin qanunvericilik çərçivəsindən kənarda fəaliyyət göstərir. Əgər Fransa tərəfi öz mövqeyinə yenidən baxarsa, o zaman təhsil prosesi ilə bağlı heç bir şikayət olmayacaq. Əks halda, Təhsil Nazirliyi onların fəaliyyətini rədd edir”.

Onun sözlərinə görə, rəhbərlik etdiyi nazirlik artıq 12 fransız məktəbinə qarşı hüquqi prosedurlara əl atıb.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259ki frans\u0131z m\u0259kt\u0259bl\u0259rinin f\u0259aliyy\u0259ti dayand\u0131r\u0131la bil\u0259r"

Əlaqəli Xəbərlər