ABŞ hücum helikopterlərini ilin sonuna qədər Polşaya çatdıracaq
Əsəd Abbaslı
Polşa ABŞ-dən alınan “Apache AH-64” hücum helikopterlərinin ilk partiyasını 2024-cü ilin sonuna qədər alacaq.
“Operativ Media” xəbər verir ki, bu barədə Polşanın Silahlanma Agentliyinin sədr müavini Robert Fromholts “Polsat” telekanalına müsahibəsində bildirib.
“Uzun danışıqlara baxmayaraq, ilk “Apache”lər 2024-cü ilin sonuna qədər Polşaya təhvil veriləcək”, - o qeyd edib.
Fromholtsun sözlərinə görə, “Boeing” və “General Electric” şirkətləri ilə son ofset sövdələşmələri, eləcə də Polşanın almaq niyyətini ifadə etdiyi 96 helikopterin hamısının tədarükü üzrə müqavilə yaxın həftələrdə imzalanacaq.
Teqlər:
"AB\u015e h\u00fccum helikopterl\u0259rini ilin sonuna q\u0259d\u0259r Pol\u015faya \u00e7atd\u0131racaq"