Menyu

Türkiyədə 3 narkobaron saxlanılıb

Nərmin Qocamanlı
Türkiyədə 3 narkobaron saxlanılıb

İnterpolun qırmızı bülleteni ilə İsveç və Monteneqro tərəfindən axtarılan üç narkobaron Türkiyədə saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də bildirib.

Xüsusilə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və sənəd saxtakarlığı ittihamları ilə İsveç tərəfindən axtarışda olan Aleksandr Qustafsson İstanbulun Beşiktaş rayonunda saxlanılıb. Nazir bildirib ki, o, Aleksandr Kava adlı saxta Polşa pasportundan istifadə edərək Türkiyəyə daxil olub.

İsveç tərəfindən axtarışda olan digər cinayətkar Aleksandr Nedevski Bodrum kurortunda saxlanılıb.

Bundan başqa, iyulun 28-də Monteneqronun İnterpol vasitəsilə iyulun 23-də axtarışa verdiyi Draqan Pavliçeviç İstanbulun Avcılar rayonunda saxlanılıb.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 3 narkobaron saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər