Venesuela səfiri Peru Xarici İşlər Nazirliyinə çağırılıb
Nərmin Qocamanlı
Perunun xarici işlər naziri Qonzales-Olaeçea ölkənin Venesueladakı səfirini məsləhətləşmələr üçün çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Perunun xarici işlər naziri "X"də bildirib.
Bundan əvvəl Venesuela Milli Seçki Şurasının sədri Elvis Amoroso bildirmişdi ki, protokolların 80%-nin işlənməsinin nəticələrinə əsasən, Venesuela prezidenti Nikolas Maduro 51,2% səs toplayıb və prezident seçkilərində qalib gəlib.
"Venesuela seçki orqanlarının ciddi rəsmi açıqlamaları fonunda Perunun Venesueladakı səfiri məsləhətləşmələr üçün dərhal çağırılıb", - Peru xarici işlər naziri yazıb.
Teqlər:
"Venesuela s\u0259firi Peru Xarici \u0130\u015fl\u0259r Nazirliyin\u0259 \u00e7a\u011f\u0131r\u0131l\u0131b"