Borrell Venesuelada seçkilərin nəticələrinə hörmət etməyə çağırıb
Nərmin Qocamanlı
Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Venesuelada keçirilən prezident seçkilərinin nəticələrinə hörmət etməyə çağırıb və seçki prosesinin tam şəffaflığının vacibliyini bəyan edib.
"Operativ Media" xəbər verir ki, bu barədə o, öz "X" hesabında bildirib.
Bundan əvvəl Venesuela Milli Seçki Şurasının sədri Elvis Amoroso bildirmişdi ki, protokolların 80%-nin işlənməsinin nəticələrinə əsasən, Venesuelanın hazırki prezidenti Nikolas Maduro 51,2% səs toplayıb və prezident seçkilərində qalib gəlib.