Menyu

38 müxalif deputat Gürcüstan Konstitusiya Məhkəməsinə iddia qaldırıb

Nərmin Qocamanlı
38 müxalif deputat Gürcüstan Konstitusiya Məhkəməsinə iddia qaldırıb
1 dəq oxu

38 müxalifət deputatı xarici agentlər haqqında qanuna qarşı Gürcüstan Konstitusiya Məhkəməsinə iddia qaldırıb.

"Operativ Media" xəbər verir ki, müxalifət qanunun qüvvəsinin payızda keçiriləcək parlament seçkilərinə qədər dayandırılmasını tələb edir.

Ərizəçilər bu qanunun Gürcüstanın Avro-Atlantik kursunu nəzərdə tutan Konstitusiyanın 78-ci maddəsinə zidd olduğunu iddia edirlər.

Əlaqəli Xəbərlər