Menyu

AMB sədri sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb

Nərmin Qocamanlı
AMB sədri sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə görüş keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə AMB sədri "X"də bildirib.

"Görüş zamanı sektor üzrə ötən rübə dair göstəriciləri və ortamüddətli perspektivdəki strateji təşəbbüsləri nəzərdən keçirdik.
Həmçinin sığorta sektorunun inkişaf tendensiyaları və çağırışları, potensial imkanları və digər aktual məsələlər ətrafında fikir mübadiləsi apardıq", - məlumatda qeyd olunub.

Teqlər:

"AMB s\u0259dri s\u0131\u011forta sektorunun r\u0259hb\u0259r \u015f\u0259xsl\u0259ri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər