Menyu

ABŞ-ın dövlət borcu açıqlanıb

Əsəd Abbaslı
ABŞ-ın dövlət borcu açıqlanıb

ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı məlumata görə ölkənin dövlət borcu tarixdə ilk dəfə 35 trilyon dolları keçib.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, Konqresin Büdcə Ofisi ölkənin dövlət borcunun 2034-cü ildə 50 trilyon dolları keçəcəyini proqnozlaşdırır.

Konqresin Büdcə Ofisi ölkənin milli borcunun 2034-cü ildə 50 trilyon dolları keçəcəyini və ölkənin ÜDM-nin 122%-dən çoxunu təşkil edəcəyini proqnozlaşdırır. Ofisin hesablamalarına görə, 2029-2034-cü illərdə ABŞ-da ÜDM-nin orta illik artımı 1,8% təşkil edəcək.

2023-cü ildə ölkənin dövlət borcu 4 trilyon dollardan çox artıb. Bayden 3 iyun 2023-cü ildə Konqres tərəfindən milli borc tavanını artırmaq üçün daha əvvəl təsdiqlənmiş qanun layihəsini imzalamışdı.

Teqlər:

"AB\u015e-\u0131n d\u00f6vl\u0259t borcu a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər