Menyu

Reuters: ABŞ-də müsəlmanlara qarşı ayrı-seçkilik halları 70% artıb

Nərmin Qocamanlı
Reuters: ABŞ-də müsəlmanlara qarşı ayrı-seçkilik halları 70% artıb
1 dəq oxu

Qəzza zolağında davam edən qarşıdurma fonunda ABŞ-də müsəlmanlara və fələstinlilərə qarşı ayrı-seçkilik və hücumlar 2024-cü ilin birinci yarısında 70% artıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Amerika-İslam Münasibətləri Şurasının (CAIR) məlumatlarına istinadən Reuters agentliyi məlumat yayıb .

Məlumata görə, 2024-cü ilin son altı ayı ərzində CAIR müsəlmanlara və fələstinlilərə qarşı ayrı-seçkilik, həmçinin nifrət cinayətləri ilə bağlı 4,9 min məlumat alıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 70% artıb. Hüquq müdafiəçiləri qeyd edirlər ki, ən çox şikayət təhsil, məşğulluq və sığınacaq sahəsində ayrı-seçkiliklə bağlı olub. 

 

Əlaqəli Xəbərlər