Menyu

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri sərhəddə görüşüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Ermənistan və Türkiyənin xüsusi nümayəndələri sərhəddə görüşüb - YENİLƏNİB

Türkiyə və Ermənistanın Normallaşma Prosesinin xüsusi nümayəndələri, səfir Serdar Kılıç və Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan iyulun 30-da iki ölkənin ortaq sərhədində yerləşən Alican-Marqara sərhəd qapısında beşinci görüşlərini keçiriblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Xüsusi Nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Nəhayət, Xüsusi Nümayəndələr də son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

***

12:40

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri sərhəddə görüş keçirir.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

"Ermənistan-Türkiyə sərhədində Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - Serdar Kılıç və Ruben Rubinyan arasında münasibətlərin normallaşdırılması üzrə beşinci görüşü keçirilir, - o, qeyd edib.

Teqlər:

"Erm\u0259nistan v\u0259 T\u00fcrkiy\u0259nin x\u00fcsusi n\u00fcmay\u0259nd\u0259l\u0259ri s\u0259rh\u0259dd\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər