Hindistanda torpaq sürüşməsində 93 nəfər həlak olub
Əsəd Abbaslı
Hindistanın cənubundakı Kerala ştatında leysan yağışlar nəticəsində meydana gələn torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 93-ə çatıb.
"Operativ Media" BBC-yə istinadən xəbər verir ki, yerli xəstəxanalarda ən azı 129 yaralıya tibbi yardım göstərilir və indiyədək təxminən 250 nəfər xilas edilərək xilasetmə düşərgələrinə köçürülüb.
Ştat rəsmiləri bildirib ki, xilasetmə əməliyyatları davam edir, lakin leysan yağışları və körpünün uçması prosesin sürətli aparılmasına mane olur.
"Vəziyyət çox ağır olaraq qalır. İtkilər arta bilər", - ştatın yüksək səviyyəli rəsmis yerli mediaya deyib.
Rəsmilər axtarış və xilasetmə işlərində təhlükəsizlik qüvvələrinə kömək etmək üçün 200-dən çox hərbçinin prosesə cəlb olunduğunu bəyan edib.
Teqlər:
"Hindistanda torpaq s\u00fcr\u00fc\u015fm\u0259sind\u0259 93 n\u0259f\u0259r h\u0259lak olub"