Menyu

Ərdoğan nazirlərin işdən çıxarılmasından danışdı

Əsəd Abbaslı
Ərdoğan nazirlərin işdən çıxarılmasından danışdı

“Nə ixtilaf qazanına yanacaq daşıyanların toruna düşəcəyik, nə də buna göz yumacağıq”.

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon rəhbərləri ilə görüşündə deyib.

Qardaşlıq və dostluq qanunumuza uyğun olaraq partiyamız daxilində müxtəlif səviyyələrdə bayraq dəyişiklikləri həyata keçiririk, deyən Türkiyə lideri sonuncu nazir dəyişikliklərindən də danışıb.

“Yorğun olduqlarına görə və ya müxtəlif səbəblərdən vəzifədən azad olunmalarını xahiş edən bəzi dostlarımızın yerinə yenilərini təyin etdik.  Bu prosesin partiyamız üçün yeni qapılar açacağına heç bir şübhəmiz yoxdur. Siyasətin dalğalı dənizində enişlər və axıntılar ola bilər. Əsas odur ki, millətlə bağlılığı qoruyub saxlayaq, 85 milyonun ümidi olmağa davam edək”.

Xatırladaq ki, iyulun 2-si Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sərəncamı ilə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca Kamal Memişoğlu, ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki isə 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurumla əvəzlənib.

Teqlər:

"\u018frdo\u011fan nazirl\u0259rin i\u015fd\u0259n \u00e7\u0131xar\u0131lmas\u0131ndan dan\u0131\u015fd\u0131"

Əlaqəli Xəbərlər