Menyu

“Hizbullah” hərəkatının komandirlərindən olan Fuad Şükr öldürülüb

Əsəd Abbaslı
“Hizbullah” hərəkatının komandirlərindən olan Fuad Şükr öldürülüb

İsrailin Beyrutda bəzi bölgələri bombardman etməsi nəticəsində “Hizbullah” hərəkatının komandirlərindən biri; Fuad Şükr həlak olub.

"Operativ Media" xəbər verir ki, bu barədə “Əl-Hədət” telekanalı Livanın hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Lakin bəzi mənbələr Şükrün ölmədiyini, onun ölümü ilə bağlı məlumatların dezinformasiya olduğunu iddia edib.

CNN telekanalı da Livan hökumətindən bir mənbəyə istinadən “Hizbullah” komandirinin İsrail ordusunun aviazərbələrindən sağ çıxması ilə bağlı xəbər yayıb.

Qeyd edək ki, İsrail ordusu Colan təpələrindəki Məcdəl Şəms şəhərinə hücuma görə məsuliyyət daşımaqda ittiham etdiyi Şükrü öldürmək məqsədilə paytaxt Beyrutun ətraf bölgələrinə zərbələr endirib.

Şükr “Hizbullah” lideri Həsən Nəsrullahın hərbi müşaviridir.

Teqlər:

"\u201cHizbullah\u201d h\u0259r\u0259kat\u0131n\u0131n komandirl\u0259rind\u0259n olan Fuad \u015e\u00fckr \u00f6ld\u00fcr\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər