Türkiyə XİN HƏMAS rəhbərinin sui-qəsd nəticəsində öldürülməsini pisləyib
Nərmin Qocamanlı
"Biz HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsd nəticəsində öldürülməsini pisləyirik".
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
Haniyə kimi yüz minlərlə şəhid verən Fələstin xalqına öz vətənində, öz dövlətinin damı altında sülh içində yaşaya bilməsi üçün başsağlığı veririk.
Netanyahu hökumətinin sülhə nail olmaq niyyətində olmadığı bir daha üzə çıxdı.
Bu hücum həm də Qəzzadakı müharibəni regional ölçüyə yaymaq məqsədi daşıyır. Əgər beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün addım atmasa, regionumuz daha böyük münaqişələrlə üzləşəcək.
Türkiyə Fələstin xalqının haqq işini dəstəkləməyə davam edəcək", - bəyanatda deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net