Ərdoğan İsmayıl Həniyənin Tehranda öldürülməsini qınayıb

Nərmin Qocamanlı
Ərdoğan İsmayıl Həniyənin Tehranda öldürülməsini qınayıb

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda xaincəsinə öldürülməsini qətiyyətlə qınayır və pisləyirəm.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "X" hesabında paylaşım edilib:

"Bu sui-qəsd Fələstin davasını, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmağa, fələstinliləri ruhdan salmağa və qorxutmağa yönəlmiş alçaq bir hərəkətdir. 

Qardaşım İsmayıl Haniyəyə qarşı sui-qəsdin məqsədi Şeyx Əhməd Yasin, Əbdüləziz Əl Rantisi və bir çox digər Qəzzalı siyasi xadimlərə qarşı iyrənc hücumların məqsədi ilə eynidir. Lakin sionist barbarlığı indiyə qədər olduğu kimi öz məqsədlərinə çata bilməyəcək.

İnşallah, İslam dünyasının daha güclü mövqeyi və bəşəriyyətin ittifaqı ilə İsrailin coğrafiyamıza vurduğu terror, xüsusilə Qəzzadakı zülm və soyqırımı mütləq sona çatacaq, bölgəmiz və dünyamız dinclik tapacaq. 

Bu səbəbdən Türkiyə olaraq bütün imkanlarımızı sınamağa, bütün qapıları itələməyə və Fələstinli qardaşlarımızı bütün imkanlarımızla, bütün gücümüzlə dəstəkləməyə davam edəcəyik. Biz 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan azad, suveren və müstəqil Fələstin Dövlətinin qurulması üçün işimizi davam etdirəcəyik. 

Mənfur hücum nəticəsində şəhid olan qardaşım İsmayıl Haniyə Allah rəhmət eləsin. Ailəsinə səbr, Qəzzalı və Fələstinli qardaşlarımıza və İslam dünyasına başsağlığı verirəm".

Digər xəbərlər