Menyu

Çin səfiri Almaniya XİN-nə çağırılıb

Nərmin Qocamanlı
Çin səfiri Almaniya XİN-nə çağırılıb

Almaniya Xarici İşlər Nazirliyi 2021-ci ildə Almaniya Federativ Respublikasının Federal Geodeziya və Xəritəçəkmə İdarəsinə (BKG) kiberhücum edildiyi üçün Çinin Berlindəki səfirini çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Berlində keçirdiyi brifinqdə bildirib.

"2021-ci ildə Federal Geodeziya və Xəritəçəkmə İdarəsinə ciddi kiberhücum oldu. Bu gün biz bilirik ki, dövlət tərəfindən idarə olunan Çin kibercinayətkarları casusluq məqsədilə BKG şəbəkəsinə sızıblar", - Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

"Almaniya hökuməti Çini bu cür hərəkətlərdən çəkinməyə və onları dayandırmağa çağırır”, - deyə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Teqlər:

"\u00c7in s\u0259firi Almaniya X\u0130N-n\u0259 \u00e7a\u011f\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər