Menyu

Türkiyənin Malatya şəhərində zəlzələ olub

Əziz Əzizli
Türkiyənin Malatya şəhərində zəlzələ olub

Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Qurumun verilənlərinə əsasən, yerli vaxtla 05:52-də (Bakı vaxtı ilə 06:52) ölkənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 10,83 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, iyunun 16-da eyni regionun Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olmuşdu.

Teqlər:

"T\u00fcrkiy\u0259nin Malatya \u015f\u0259h\u0259rind\u0259 z\u0259lz\u0259l\u0259 olub"

Əlaqəli Xəbərlər