Menyu

ABŞ yerləşdirilən nüvə başlıqlarının sayını artırmaq qərarına gələ bilər

ABŞ yerləşdirilən nüvə başlıqlarının sayını artırmaq qərarına gələ bilər

"ABŞ yerləşdirilən nüvə başlıqlarının sayını artıra bilər, lakin bununla bağlı qərarı Prezident verməlidir". 

"Operativ Media" xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi vəzifəsini icra edən Vipin Naranq deyib.

Onun sözlərinə görə, ÇXR, KXDR və Rusiyanın nüvə silahı ilə bağlı siyasətində dəyişikliklər olmasa, Birləşmiş Ştatlar yerləşdirilən qüvvələrin sayını dəyişmək lazım gələcək nöqtəyə gələ bilər: "Hazırda nüvə silahlarının ehtiyatlarını artırmağa ehtiyac yoxdur, lakin rəqiblərimiz indiki yolu ilə davam etsələr, yerləşdirilən silahların sayına düzəlişlər etmək lazım gələ bilər".

Naranq qeyd edib ki, bu qərarı yalnız Birləşmiş Ştatların prezidenti verə bilər. 

O, həmçinin ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivana istinadən əlavə edib ki, Vaşinqton nüvə arsenallarını yaratmağı vacib hesab etmir.

"Əksinə, biz yalnız düşmənləri etibarlı şəkildə çəkindirmək və amerikalıları, müttəfiqlərimizi və tərəfdaşlarımızı təhlükəsizlikdə saxlamaq üçün lazım olanı yerləşdirməyə sadiqik", - diplomat əlavə edib. 

Teqlər:

"AB\u015e yerl\u0259\u015fdiril\u0259n n\u00fcv\u0259 ba\u015fl\u0131qlar\u0131n\u0131n say\u0131n\u0131 art\u0131rmaq q\u0259rar\u0131na g\u0259l\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər