Menyu

Latviya vətəndaşlarını Livanı tərk etməyə çağırıb

Latviya vətəndaşlarını Livanı tərk etməyə çağırıb

Latviya Xarici İşlər Nazirliyi vətəndaşlarını Livan ərazisini mümkün qədər tez tərk etməyə və Yaxın Şərq ölkəsinə səfərdən çəkinməyə çağırıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Latviyanın LSM televiziya şirkəti Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Çağırış Yaxın Şərq regionunda davam edən təhlükəsizlik problemləri və İsrail ilə Hizbullah hərəkatı arasında artan gərginlikdən irəli gəlir. 

Qeyd olunur ki, Latviyanın Yaxın Şərq ölkəsində diplomatik və ya konsulluq nümayəndəliyi yoxdur. Bununla bağlı XİN vətəndaşları Aİ-nin digər üzv dövlətlərinin və müttəfiqlərinin məsləhət və xəbərdarlıqlarına əməl etməyə çağırır.

Teqlər:

"Latviya v\u0259t\u0259nda\u015flar\u0131n\u0131 Livan\u0131 t\u0259rk etm\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər