Menyu

ABŞ: Məhbus mübadiləsi Rusiya ilə münasibətləri dəyişmir

ABŞ: Məhbus mübadiləsi Rusiya ilə münasibətləri dəyişmir

"Məhbus mübadiləsi ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərdə, o cümlədən Ukrayna məsələsində dəyişikliklərə səbəb olmayacaq". 

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

"Bu, münasibətlərin bərpası deyil, Moskva ilə Vaşinqton arasında münasibətlərdə heç bir dəyişiklik yoxdur", - deyə o bildirib.

Diplomat əlavə edib ki, münaqişə davam etdiyi üçün mübadilə Ukrayna məsələsinə təsir göstərməyəcək.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin məhkum edilmiş rusların və əsir mübadiləsində iştirak edən xarici vətəndaşların əfv edilməsi haqqında fərman imzalayıb. Fərmanların imzalanması qərarı xarici dövlətlərin ərazisində saxlanılan və həbsdə olan Rusiya Federasiyası vətəndaşlarının geri qaytarılması məqsədi ilə qəbul edilib. 

Teqlər:

"AB\u015e: M\u0259hbus m\u00fcbadil\u0259si Rusiya il\u0259 m\u00fcnasib\u0259tl\u0259ri d\u0259yi\u015fmir"

Əlaqəli Xəbərlər