Haniyənin ölümü ilə bağlı Türkiyədə bir günlük matəm elan edilib
Avqustun 2-si HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə əlaqədar Türkiyədə bir günlük matəm elan edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"də paylaşım edib.
"Fələstin davasına dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəyliyimizi nümayiş etdirmək məqsədilə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə əlaqədar 1 günlük milli matəm elan edildi”, - Ərdoğan qeyd edib.
Teqlər:
"Haniy\u0259nin \u00f6l\u00fcm\u00fc il\u0259 ba\u011fl\u0131 T\u00fcrkiy\u0259d\u0259 bir g\u00fcnl\u00fck mat\u0259m elan edilib"