Hindistanın İsraildəki səfirliyi vətəndaşlara xəbərdarlıq edib
Hindistan tərəfi Yaxın Şərqdəki gərginlik fonunda İsraildə olan vətəndaşlarına ehtiyatlı olmağı, vacib olmayan səyahətlərdən çəkinməyi və sığınacaqlara yaxın olmağı tövsiyə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Hindistanın İsraildəki səfirliyi məlumat yayıb.
Hindistan diplomatik missiyasının bəyanatında deyilir: "Bölgədəki mövcud vəziyyəti nəzərə alaraq, İsraildəki bütün Hindistan vətəndaşlarına ayıq-sayıq qalmaları və yerli hakimiyyət orqanlarının tövsiyə etdiyi təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur".
"Ehtiyatlı olun, ölkə daxilində lazımsız səyahətlərdən çəkinin və sığınacaqlara yaxın olun", - səfirlik vurğulayıb.