Menyu

KİV: ABŞ gələn həftə Nigerdən qoşunların çıxarılması prosesini başa çatdıracaq

KİV: ABŞ gələn həftə Nigerdən qoşunların çıxarılması prosesini başa çatdıracaq

"ABŞ avqustun 5-i bazar ertəsi öz qoşunlarını Nigerdən çıxarma prosesini mahiyyətcə başa çatdıracaq". 

"Operativ Media" xəbər verir ki, bu barədə həftəlik "Defence News" öz mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Amerika qoşunları avqustun 5-də Nigerdə ​​yerləşdirildikləri ikinci və sonuncu hərbi bazanı tərk edərək, qoşunların Qərbi Afrika ölkəsindən aylarla davam edən çıxarılmasına faktiki olaraq son qoyacaqlar. Bununla belə, nəşrin həmsöhbətlərindən biri vurğulayıb ki, bu, Amerika qoşunlarının çıxarılmasının başa çatması demək deyil. 

"Defence News"un qeyd edir ki, Birləşmiş Ştatlar cəmi beş il əvvəl başa çatdırılmış 201 Hava Bazasının tikintisinə 100 milyon dollardan çox pul xərcləyib. ABŞ Silahlı Qüvvələri Nigerdə ​​daşınması öz qiymətindən baha başa gələn bir neçə hərbi texnikanı da ərazidə buraxıb.

Ötən həftə ABŞ-nin Afrika Komandanlığının (AFRICOM) nümayəndəsi general Kennet Ekman bildirib ki, Amerika qoşunlarının Qərbi Afrika ölkəsinin ərazisindən çıxarılması avqustun əvvəlində başa çatacaq.

Teqlər:

"K\u0130V: AB\u015e g\u0259l\u0259n h\u0259ft\u0259 Nigerd\u0259n qo\u015funlar\u0131n \u00e7\u0131xar\u0131lmas\u0131 prosesini ba\u015fa \u00e7atd\u0131racaq"

Əlaqəli Xəbərlər