KLM oktyabrın 26-dək Təl-Əvivə uçuşları dayandırıb
Hollandiyanın KLM oktyabrın 26-dək Təl-Əvivə və oradan bütün istiqamətlərə uçuşları dayandırmaq qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə nu.nl informasiya portalı məlumat yayıb.
May ayında aviaşirkət təhlükəsizlik səbəbi ilə iyul və avqust aylarında Təl-Əvivə və oradan bütün istiqamətlərə uçuşları ləğv etdiyini açıqlamışdı. Yeni qərarla bu müddət oktyabrın 26-dək uzadılıb.
Şirkət nümayəndələri bildiriblər ki, İsraildən başqa, KLM İran və İraq üzərindən də uçuşlar etmir.
Bundan əvvəl Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Lufthansa, Delta və United kimi digər aviaşirkətlər İsrailə uçuşları dayandırmışdı.