Menyu

Şimali Koreya: ABŞ nüvə böhranını təhrik edir

Şimali Koreya: ABŞ nüvə böhranını təhrik edir

"ABŞ-nin Koreya yarımadasında və dünyada tətbiq etdiyi siyasət xətti təhlükəsizlik vəziyyətinin pisləşməsinə və nüvə böhranına gətirib çıxarır". 

"Operativ Media" xəbər verir ki, bu barədə istinadən Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Yalnız nüvə hegemonluğu ambisiyalarını həyata keçirməklə məşğul olan, qlobal sülhün və sabitliyin təmin edilməsinə, regionda təhlükəsizlik vəziyyətinin təmin olunmasına əhəmiyyət verməyən ABŞ-nin davranışı ucbatından indi dünya görünməmiş nüvə böhranı ilə üz-üzədir", - Nazirliyin bəyanatında qeyd edilib.

"Birləşmiş Ştatlar Koreya yarımadasındakı narahatedici təhlükəsizlik vəziyyətini pisləşdirən və onu daha təhlükəli səviyyəyə çatdıran düşmən və təxribatçı hərəkətləri ilə regionda nüvə münaqişəsi riskini artırmağa davam edir. Bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyət daşıyan ABŞ-dir", - məlumatda əlavə edib.

Bəyanata səbəb ABŞ və Koreya Respublikası arasında iyulun 30-dan avqustun 1-dək Pxentekdə keçirilən "Dəmir Mace" komanda qərargah təlimi olub. 

Teqlər:

"\u015eimali Koreya: AB\u015e n\u00fcv\u0259 b\u00f6hran\u0131n\u0131 t\u0259hrik edir"

Əlaqəli Xəbərlər