Nigeriya Prezidenti Bola Tinubu xalqa müraciətində ölkədə hökumət əleyhinə kütləvi etirazların təşkilatçılarını və iştirakçılarını etirazları dayandırmağa və hakimiyyətlə dialoqa getməyə çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Nigerian Tribune" nəşri məlumat yayıb.
"Əziz nigeriyalılar, xüsusən də siz gənclər, mən sizi çox yaxşı başa düşdüm. Mən etirazları alovlandıran ağrı və məyusluğu anlayıram və sizi əmin etmək istəyirəm ki, hökumət həll yoluna sadiqdir. Vətəndaşların tələblərini dinləmək və yerinə yetirmək üçün sizi dinləməyə hazıram. Biz zorakılığın ölkəmizi parçalamasına icazə verməməliyik, bütün nigeriyalıların ləyaqətlə və rifah içində yaşaya biləcəyi daha parlaq bir gələcək qurmaq üçün birlikdə çalışmalıyıq", - Tinubu qeyd edib.
Teqlər:
"Nigeriya prezidenti etiraz\u00e7\u0131lar\u0131 dialoqa \u00e7a\u011f\u0131r\u0131b"