Menyu

Almaniya Filippinlə hərbi əməkdaşlığı genişləndirmək istəyir

Almaniya Filippinlə hərbi əməkdaşlığı genişləndirmək istəyir

"Almaniya Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Qaydalar və məqsədlər 2024-cü ilin sonuna, ola bilsin ki, oktyabr ayına qədər siyasi-hərbi razılaşmada müəyyən ediləcək".

"Operativ Media" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Pistorius filippinli həmkarı Gilberto Teodoro ilə danışıqlardan sonra açıqlama verib: "Biz silah sahəsində daha sıx əməkdaşlıq etmək istəyirik. Bura, məsələn, hava hücumundan müdafiə, sahil müdafiəsi və ola bilsin, nəqliyyat üçün təyyarələrin alınması sahəsində əməkdaşlıq daxil ola bilər". 

Bundan əvvəl Pistorius Almaniyanın Koreya Respublikasında ABŞ-nin rəhbərlik etdiyi BMT Komandanlığına qoşulan 18-ci ölkə olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu addım Berlinin Hind-Sakit okean regionunda sülh və təhlükəsizliyə sadiqliyinin işarəsidir.

Teqlər:

"Almaniya Filippinl\u0259 h\u0259rbi \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131 geni\u015fl\u0259ndirm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər