Menyu

İsrailin Aşdod bölgəsi iki gündə ikinci dəfə Qəzzadan atəşə tutulub

İsrailin Aşdod bölgəsi iki gündə ikinci dəfə Qəzzadan atəşə tutulub
1 dəq oxu

İsrailin cənubundakı Aşdod liman şəhərinin ətrafı iki gündə ikinci dəfə Qəzza zolağından atəşə tutulub. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb. 

Məlumata görə, bölgəyə dörd-beş raket atılıb, onların hamısı yaşayış olmayan ərazilərə düşüb.

Ölən və yaralananlar barədə məlumat verilmir.
 

Əlaqəli Xəbərlər