Menyu

Polşa XİN vətəndaşlara Livanı tərk etməyi tövsiyə edib

Polşa XİN vətəndaşlara Livanı tərk etməyi tövsiyə edib

Polşa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına qalmaları zərurət olmadığı halda Livan ərazisini tərk etməyi tövsiyə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə departament "X"də paylaşım edib.

"Livan ərazisində qalmağa ehtiyac yoxdursa, risk altında olan ərazini tərk etməyiniz tövsiyə olunur", - məlumatda qeyd edilir.

Bundan əvvəl Xarici İşlər Nazirliyi İsrail, Livan və İrana səyahətlə bağlı tövsiyələri yeniləyərək insanları bir daha bu ölkələrə səfərlərdən çəkinməyə çağırıb. Polşanın LOT aviaşirkəti avqustun 2, 3 və 4-də Beyrut və Təl-Əvivə uçuşları ləğv edib.

Teqlər:

"Pol\u015fa X\u0130N v\u0259t\u0259nda\u015flara Livan\u0131 t\u0259rk etm\u0259yi t\u00f6vsiy\u0259 edib"

Əlaqəli Xəbərlər