Ana səhifə / İdman / "Araz-Naxçıvan" 20-ə çatdı "Araz-Naxçıvan" 20-ə çatdı 12.08.2024, 11:00 Əziz Əzizli Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 20-ci qələbəsini qazanıb. "Operativ Media" xəbər verir ki, Bu, Azərbaycan Premyer Liqasının II turuna təsadüf edib. Naxçıvan təmsilçisi evdə “Şamaxı”ya qalib gəlib – 1:0. Bu, 80-ci matçına çıxan komandanın 20-ci uğuru olub. “Araz-Naxçıvan” evdə 15-ci qələbəsini əldə edib. Digər 5 qalibiyyət səfərdə gerçəkləşib. Qeyd edək ki, naxçıvanlılar ilk qələbəsini 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ı ilə səfər matçında əldə edib – 1:0. Teqlər: "\"Araz-Nax\u00e7\u0131van\" 20-\u0259 \u00e7atd\u0131"