Menyu

"Osiyek" erməni futbolçunu Bakıya gətirməyəcək

Əziz Əzizli
"Osiyek" erməni futbolçunu Bakıya gətirməyəcək

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Zirə”nin qonağı olacaq “Osiyek” daha bir futbolçusunu Bakıya gətirməyəcək.

"Operativ Media" Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bunu baş məşqçi Federiko Koppitelli açıqlayıb. O bildirib ki, ermənistanlı mərkəz müdafiəçisi Styopa Mkrtçyan Osiyekdə qalacaq. Buna səbəb isə siyasi məsələ göstərilib.

“Styopa Azərbaycanda özünü rahat hiss etməzdi. Ona görə də futbolçumuzu belə vəziyyətə salmaq istəmədik. Styopa olmadan da Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağa çalışmalıyıq”, – deyə çalışdırıcı söyləyib.

Qeyd edək ki, “Zirə” – “Osiyek” oyunu avqustun 15-də “Liv Bona Dea Arena”da keçiriləcək. Xorvatiyadakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər