Menyu

"Milan" Braziliya millisinin üzvünü transfer etdi

Əziz Əzizli
"Milan" Braziliya millisinin üzvünü transfer etdi
1 dəq oxu

Braziliya millisinin 25 yaşlı sağ cinah müdafiəçisi Emerson Royal London "Tottenhem"indən "Milan"a transfer olunub.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 4 illik müqavilə imzalanıb.

"Transfermarkt"ın məlumatına görə, "Milan" Emerson Royalın transferi üçün 15 milyon avro ödəyib.

Son mövsümdə Emerson Royal "Tottenhem"lə 24 matçda iştirak edib, 1 qol vurub.

"Transfermarkt" onun transfer dəyərini 18 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər