Menyu

UEFA Çempionlar Liqası: "Qarabağ" səfərdə "Ludoqorets"in qapısından yeddi qol keçirərək pley-offa yüksəlib

Əsəd Abbaslı
UEFA Çempionlar Liqası: "Qarabağ" səfərdə "Ludoqorets"in qapısından yeddi qol keçirərək pley-offa yüksəlib

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

"Operativ Media" xəbər verir ki, Bolqarıstanda "Ludoqorets"in qonağı olan Ağdam təmsilçisi rəqibini 7:2 hesabı ilə məğlub edib.

Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsinə gedən yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.

00:42

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında Azərbaycan klubu rəqibinin qapısından daha bir qol keçirib. 

"Operativ Media" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda 118-ci dəqiqədə Yasin Benziya fərqlənib.

Bu qoldan sonra hesab 7:2 "Qarabağ"ın xeyrinə dəyişib.

00:37

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında Azərbaycan klubu rəqibinin qapısından ard-arda iki qol keçirib.

"Operativ Media" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda 111-ci dəqiqədə Redon Cica, 112-ci dəqiqədə isə Patrik Andrade meydan sahiblərini məyus edib.

Bu qollardan sonra hesab 6:2 "Qarabağ"ın xeyrinə dəyişib.

00:32

110-cu dəqiqədə "Qarabağ" 5-ci qolu vurur. Redon Cica hesabı 2:5 edir.

00:28

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında “köhlən atlar” hesabdakı fərqi artırıb.

"Operativ Media"  xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda təmsilçimiz hesabı 2:4 edib.

93-cü dəqiqədə Toral Bayramov komandasının növbəti qoluna imza atıb.

00:07

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında 90 dəqiqə başa çatıb.

"Operativ Media" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunun əsas vaxtı təmsilçimizin qələbəsi ilə başa çatıb - 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib.

Qarşılaşmanın taleyi hər biri 15 dəqiqədən ibarət iki əlavə hissədə də həll olunmasa, penalti zərbələrinə ehtiyac duyulacaq.

00:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

"Operativ Media" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda təmsilçimiz hesabda öndədir - 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

23:08

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında Qarabağ hesabda önə keçir.

"Operativ Media" xəbər verir ki, Patrik Andrade 45+5-də hesabı 3:2 edir!

22:52

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab yenidən bərabərləşir.

"Operativ Media" xəbər verir ki, Benzia 45-ci dəqiqədə hesabı 2:2 edir.

45+1-ci dəqiqədə Yasin Benziya penalti zərbəsini dəqiq yerinə yetirib.

22:46

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında rəqib önə keçir.

"Operativ Media" xəbər verir ki, 23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dua Kvadvo dubl müəllifi olub.

Hesab 2:1

22:22

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab bərabərləşib.

"Operativ Media" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda meydan sahibləri hesabı bərabərləşdirib - 1:1.

13-cü dəqiqədə Dua Kvadvo dəqiq zərbə müəllifi olub.

22:12

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab açılıb.

"Operativ Media" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda Azərbaycan klubu hesabda önə çıxıb.

7-ci dəqiqədə Juninyo fərqlənib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

22:08

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçı start götürüb.

"Operativ Media" xəbər verir ki, qarşılaşma "Ludoqorets Arena"da keçirilir.

Matçı italiyalı baş hakim Simone Soçça idarə edir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Teqlər:

"UEFA \u00c7empionlar Liqas\u0131: \"Qaraba\u011f\" s\u0259f\u0259rd\u0259 \"Ludoqorets\"in qap\u0131s\u0131ndan yeddi qol ke\u00e7ir\u0259r\u0259k pley-offa y\u00fcks\u0259lib"

Əlaqəli Xəbərlər