14 Avqust 2024, 09:20
"Qarabağ”ın “Dinamo” ilə oyunlarının keçirilmə tarixi və başlama saatı bəlli oldu

UEFA Çempionlar Liqasında “Ludoqorets” (Bolqarıstan) səddini iki oyunun nəticəsində 8:4 hesabı ilə aşan “Qarabağ” bu turnirin pley-off mərhələsində Xorvatiya “Dinamo”su ilə qarşılaşacaq.
"Operativ Media" xəbər verir ki, “köhlən atlar”ın Zaqreb təmsilçisi ilə oyununlarının da vaxtı məlumdu. Belə ki, ilk matç səfərdə baş tutacaq. Avqustun 20-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Tərəflər arasında cavab qarşılaşma isə bir həftə sonra Bakıda keçiriləcək və saat 21:45-də başlayacaq.
Hər iki görüşü CBC Sport kanalı canlı yayımlayacaq