“Sabah” – “Sent Patriks Atletik” matçına 4500 bilet satılıb
Əziz Əzizli
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”ın İrlandiya təmsilçisi “Sent Patriks Atletik”lə cavab qarşılaşmasına indiyədək satılan biletlərin sayı açıqlanıb.
"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazırda keçiriləcək görüşə 4500 bilet satılıb.
Komandanın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena” 8700 azarkeş tutumuna malikdir.
“Sabah” – “Sent Patriks Atletik” matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net