Ana səhifə / İdman / KL: "Zirə" və "Sabah" cavav qarşılaşmasına çıxır KL: "Zirə" və "Sabah" cavav qarşılaşmasına çıxır 15.08.2024, 09:19 Əziz Əzizli Avropa Konfrans Liqasında 3-cü turun cavab oyunları keçirilir. "Operativ Media" xəbər verir ki, bu turnirdə Azərbaycanı təmsil eləyən "Zirə" və "Sabah" klubları rəqiblərini Bakıda qəbul edəcək. "Zirə" ilk oyunda 1-1 hesabı ilə heç-heçə etdiyi "Osiyek" ilə qarşılaşacaq. "Sabah" isə doğma meydanda "Sent Patriks"i qonaq edəcək. Komandalar arasında baş tutan ilk matçda İrlandiya təmsilçisi 1-0 hesabı ilə qalib gəlib. Avropa Konfrans Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunları 15 avqust 20:00. “Sabah” – “Sent Patriks” “Bank Respublika Arena.” İlk oyun – 0:1 20:30. “Zirə” – “Osiyek” “Liv Bona Dea Arena”. İlk oyun – 1:1. Teqlər: "KL: \"Zir\u0259\" v\u0259 \"Sabah\" cavav qar\u015f\u0131la\u015fmas\u0131na \u00e7\u0131x\u0131r"