"Barselona"nın gənc ulduzunun atası bıçaqlanıb
Əziz Əzizli
"Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamalın atası Munir Nazraui Kataloniyada bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.
"Operativ Media" bu barədə region polisinə istinadən xəbər verilib.
Hadisə İspaniyanın Mataro şəhərində, Frenk Marşal küçəsində baş verib. Naməlum şəxslər Nazrauiyə bir neçə bıçaq zərbəsi vurublar.
Yamalın atasının vəziyyəti sabit-ağır qiymətləndirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişiyə hücum onun iştirakı ilə bir az əvvəl baş verən başqa bir qarşıdurmanın nəticəsi ola bilər.
Yerli polisin istintaq idarəsi işi nəzarətə götürüb və hücumda şübhəli bilinən bir neçə nəfəri həbs edib. Cinayətin şahidləri də tapılıb
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net