Menyu

"Qarabağ"ın darmadağın etdiyi komanda baş məşqçisini qovdu

Əziz Əzizli
"Qarabağ"ın darmadağın etdiyi komanda baş məşqçisini qovdu
1 dəq oxu

"Ludoqorets”də baş məşqçi Georgi Dermendciev istefaya göndərilib.

"Operativ Media" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, mütəxəssisin qovulma səbəbi “Qarabağ”a Çempionlar Liqasında 2:7 hesablı məğlubiyyətdir. Evdəki darmadağından sonra qitənin ən nüfuzlu klub turnirindən kənarda qalan klubun rəhbərliyi məşqçini yola salıb.

“Ludoqorets”ə müvəqqəti olaraq Zahari Sirakov rəhbərlik edəcək

Əlaqəli Xəbərlər