Avropa Konfrans Liqasınin 3-cü mərhələsinin cavab oyununda Xorvatiyanın "Osiyek" klubunu qəbul edəcək "Zirə" oyuna itkisiz çıxacaq.
Bu haqda "Operativ Media"ya açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə bildirib.
"Şerif"lə oyunda qırmızı vərəqə alaraq cəzalı vəziyyətə düşən Salifu Sumanın da cəzası başa çatıb. Baş məşqçi şans verərsə, bu oyunda forma geyinə bilər. Komandada zədəli futbolçu yoxdur".
Qeyd edək ki, "Zirə" - "Osiyek" oyunu Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.