15 Avqust 2024, 15:48
Azərbaycanlı referi Avropa Liqasının matçına təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, O, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək RFŞ (Latviya) – APOEL (Kipr) qarşılaşmasının baş hakimi olacaq.
Referiyə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
RFŞ – APOEL görüşü avqustun 22-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək