Menyu

Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv edib

Nərmin Qocamanlı
Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv edib
1 dəq oxu

Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Ataulla Tarar bildirib.

Məlumata görə, 126 ölkədən, o cümlədən Azərbaycandan olan ziyarətçilər üçün elektron viza (e-Visa) rüsumlarından imtina edilib və müraciət prosesi xeyli sadələşdirilib.

Artıq bu ölkələrin vətəndaşlarına 90 günlük viza 24 saat ərzində həm turizm, həm də biznes məqsədləri üçün pulsuz verilir.

Əlaqəli Xəbərlər