Menyu

İngiltərə klubu Türkiyə millisinin üzvü ilə anlaşdı

Əziz Əzizli
İngiltərə klubu Türkiyə millisinin üzvü ilə anlaşdı
1 dəq oxu

İngiltərə Premyer Liqası komandası "Brayton" Türkiyə millisinin üzvü Ferdi Kadıoğlu ilə razılıq əldə edib.

"Operativ Media" xəbər verir ki, "Fənərbağça"ya bonuslarla birlikdə 30 milyon avrodan çox təklif edən ingilislər Ferdi ilə şəxsi şərtlərdə böyük ölçüdə anlaşıb.

"Brayton" 24 yaşlı futbolçu ilə ən azı 5 illik müqavilə imzalayacaq. Ferdi Kadıoğlu "Fənərbağça" rəhbərliyi ilə görüşərək, transfer haqqı ilə bağlı razılıq əldə olunarsa, "Brayton"a getmək istədiyini bildirib.

Transfer rəsmiləşərsə, Ferdi Kadıoğlu Avropaya ən yüksək transfer haqqı ilə transfer edilən türk futbolçu olacaq.

Əlaqəli Xəbərlər