Azərbaycanı UEFA Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Zirə” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
"Operativ Media" xəbər verir ki, klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Araz Naxçivan” ilə ev oyununun təxirə salınmasını istəyib.
“Zirə”nin müraciətini, “Araz Naxcıvan” klubunun razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/25-ci illər Futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq 3-cü turun “Zirə” – “Araz Naxçıvan” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib.
Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək
Teqlər:
"\"Zir\u0259\"nin \"Araz-Nax\u00e7\u0131van\"la oyunu t\u0259xir\u0259 sal\u0131nd\u0131"