Yaponiyanın hakim partiyasına sədr seçkisinin tarixi məlum olub
Yaponiyanın hakim Liberal-Demokrat Partiyasına sədr seçkisi sentyabrın 27-də keçirilə bilər.
"Operativ Media"nın “Kyodo” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, bu barədə partiyanın adının çəkilməsini istəməyən rəsmisi deyib.
Onun sözlərinə görə, bu məqsədlə təşviqat kampaniyası sentyabrın 12-də başlayacaq. Partiyanın sədri Funio Kişida isə ötən həftə bildirib ki, növbəti dəfə bu posta namizəd olmayacaq.
Qeyd edək ki, qrafik təsdiqlənsə Fumio Kişida BMT Baş Assambleyası çərçivəsində sentyabrın 24-də keçiriləcək debatlarda iştirak edəcək.
Teqlər:
"Yaponiyan\u0131n hakim partiyas\u0131na s\u0259dr se\u00e7kisinin tarixi m\u0259lum olub"