Menyu

17 yaşlı azərbaycanlı futbolçu Türkiyə klubunda debüt etdi

Əsəd Abbaslı
17 yaşlı azərbaycanlı futbolçu Türkiyə klubunda debüt etdi
1 dəq oxu

Türkiyə 1-ci liqasında mübarizə aparan "Ankaragücü" klubu 2-cı tur çərçivəsində növbəti matçına çıxıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi komanda səfərdə "Erzurumspor"  klubunun qonağı olub. Ankara təmsilçisinin 1-0 hesabı ilə məğlub olduğu matçda 17 yaşlı azərbaycanlı  Həsən Nəzərli debüt edib. O, matçın 84-cü dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, Həsən Nəzərli buna qədər "Ankaragücü" klubunun aşağı yaş qruplarında çıxış edib.

Əlaqəli Xəbərlər