Menyu

Azərbaycan təmsilçiləri “Moskva yay oyunları”nda iştirak edir

Əsəd Abbaslı
Azərbaycan təmsilçiləri “Moskva yay oyunları”nda iştirak edir

Azərbaycan təmsilçilərinin iştirak etdiyi “Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunları”na start verilib.

"Operativ Media" xəbər verir ki, Rusiyada gerçəkləşən yarışlardan öncə oyunların açılış mərasimi keçirilib və komandaların paradı başa tutub.

Qeyd edək ki, beynəlxalq yarışda 22 ölkənin təmsilçiləri müxtəlif idman növlərində mübarizə aparırlar.

Yarışlarda ölkəmizi Gənclər və İdman Nazirliyinin, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Hava Yolları və Dövlət Neft Şirkətinin əməkdaşları təmsil edirlər.

Teqlər:

"Az\u0259rbaycan t\u0259msil\u00e7il\u0259ri \u201cMoskva yay oyunlar\u0131\u201dnda i\u015ftirak edir"

Əlaqəli Xəbərlər