Menyu

"Sabah"ın hücumçusu 30-a çatdı

Əziz Əzizli
"Sabah"ın hücumçusu 30-a çatdı

Coy-Lens Mikels Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.

"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Sabah”ın hücumçusunun yubileyi Azərbaycan Premyer Liqasının III turuna təsadüf edib.

30 yaşlı almaniyalı forvard “Neftçi” ilə səfər görüşündə (2:0) fərqlənib. “Sabah”ın Premyer Liqada ən yaxşı bombardiri olan Coy-Lens bütün qollarını Bakı klubunun heyətində vurub. O, “30”a 64-cü oyununda çatıb.

Mikels Azərbaycan çempionatları tarixində 30 və daha çox qola imza atan 101-ci futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşür.

Qeyd edək ki, almaniyalı hücumçunun Premyer Liqadakı ilk qolu 2021/22 mövsümünə təsadüf edib. O, 2021-ci il oktyabrın 31-də “Qəbələ” ilə səfər matçında (3:1) fərqlənib

Teqlər:

"\"Sabah\"\u0131n h\u00fccum\u00e7usu 30-a \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər